Almaniya Bundes Liqasında çıxış edən "Bavariya" klubu yeni mövsüm əvvəli şok xəbərə sarsılıb.
Korner.az-ın məlumatına görə, yeni çempionatın başlamasına çox qısa bir müddət qaldığı vaxtda "Bavariya" aparıcı üzvü Mario Qomeşin xidmətindən məhrum qalacaq. Daha dəqiq desək, Almaniya millisinin forvardı gələn həftə sağ ayaq biləyindən əməliyyat olaraq uzun bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
