Dünya Futbolu

“Bavariya” Remsini transfer etməyə çalışacaq

15.11.2018 , 16:25

“Arsenal”ın yarımmüdafiəçisi Aron Remsi mövsümün sonunda komandasını dəyişəcək. Ulduz futbolçu gələn yay istənilən kluba havayı keçə bilər.

“Topçular”la müqavilə müddəti mövsümün sonuna qədər olan 28 yaşlı futbolçu “Liverpul”, “Çelsi” və “Bavariya”nın diqqət mərkəzindədi. Premyer Liqadan rəqiblər olmasına baxmayaraq, Münhen təmsilçisi Uels millisinin məhz Almaniyaya köçəcəyinə əmindi. Bundesliqa çempionu ona uzunmüddətli müqavilə təklif edib.

Qeyd edək ki, Aron Remsi 2008-ci ildən “Arsenal”ın formasını geyinir.

Son yazılar

Yuxarı