“Real”ın müdafiəçisi Rafael Varan yeni mövsümdən Almaniya Bundesliqasında oynaya bilər.
Korner.az-ın məlumatına görə, fransalı futbolçu “Bavariya”nın maraq dairəsinə düşüb.
Yeni mövsümdən “Bavariya”nı çalışdıracaq Karlo Ançelotti Varanı komandasında görmək istəyir. Madrid klubunda əsas heyətə düşməkdə çətinlik çəkən 23 yaşlı futbolçunun da komandadan ayrılmaq istədiyi bildirilir. Münhen təmsilçisi Varan üçün “Real”a 40 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə Fransa millisinin üzvü yeni mövsümdən “Bavariya”da oynayacaq.
