Dortmund Borussiyasının forvardı Rober Levandovski yeni mövsümdən “Bavariya”nın heyətində top qovacaq.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri məşqçi Yupp Haynkesin agenti Enriko Reyes “Cadena Cope” radiosuna müsahibəsində deyib.
“Levandovskinin “Bavariya” ilə anlaşması var, Götze ilə Münhendə bərabər oynacaqlar. Münhenlilərin çoxlu pulu var. Onlar əgər başqa klubların rəhbərliyi ilə anlaşa bilmirlərsə, neynəməlidilər ki?! Ən doğrusu, oyunçunun müqavilədəki olan kompensasiyasını ödəməkdir. Martinesin və Götzenin transferində də belə olmuşdu”.