“Bavariya” “Real” bu oyunçunu transfer edir
16.04.2025 , 21:34

“Bavariya”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi “Real”ın futbolçusu Eduardo Kamavinqa ilə maraqlanır.
Bundesliqa klubu fransalı oyunçunu yayda heyətinə cəlb etməyi düşünür.
Almaniya nəhəngi 22 yaşlı yarımmüdafiəçi üçün Madrid klubuna 100 milyon avro ödəməyə hazırdır.
