Almaniyanın "Bavariya" klubu daha bir futbolçunun keçidini rəsmiləşdirir. Korner.az-ın məlumatına görə, Münhen təmsilçisi "Qalatasaray"ında gündəmində olan Belçikanın "Anderlext" klubunun futbolçusu Matias Suarezi transfer etməyə hazırlaşır.
23 yaşlı argentinalı futbolçu isə bu keçidlə bağlı bunları deyib:
"Münhenə getmək istəyirəm. Böyük bir liqada, böyük bir klubda oynamaq istəyirəm".