“Bavariya” və “Milan” 1/4 finalda
09.03.2023 , 02:05

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları keçirilib.
Korner.az xəbər verir ki, PSJ səfərdə “Bavariya” ilə qarşılaşıb. Görüş Münhen klubunun 2:0 hesablı qələbəsi ilə bitib. Bununla da komanda adını 1/4 finala yazıdırıb.
Gecənin digər qarşılaşması İngiltərədə “Tottenhem” ilə “Milan” arasında keçirilib. Görüş 0:0 hesablı heç-heçə ilə bitib. İlk oyunda “Milan” 1:0 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə vəsiqə qazanıb.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
8 mart
00:00 Bavariya (Almaniya) – PSJ (Fransa) – 2:0
İlk oyun – 1:0
00:00 Tottenhem (İngiltərə) – Milan (İtaliya) – 0:0
İlk oyun – 0:1
