“Bavariya” PSJ-nin futbolçusunu istəyir
20.06.2024 , 18:30

“Bavariya” yeni transfer çalışmalarını sürətləndirib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi ötən mövsüm “Leypsiq”də çıxış edən, Xavi Simons üçün hərəkətə keçib.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Xəbərdə, alman nəhənginin 21 yaşlı hollandiyalı 10 nömrəli futbolçunu çox istədiyi bildirilib.
PSJ-nin “Bavariya”dan 100 milyon avroluq transfer haqqı tələb etdiyi də iddia edilib.
Ötən mövsüm “Leypsiq”də 43 rəsmi oyuna çıxan Xavi Simons bu matçlarda 10 qol vurub, 15 məhsuldar ötürmə edib.
