Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, baş tutacaq 2 qarşılaşmadan sonra ilk iki yarımfinalçı müəyyənləşəcək.
Səfərdə PSJ-ni məğlub edən "Barselona" rəqibini doğma azarkeşləri önündə qəbul edəcək. Paris təmsilçisi yarımfinala adlamaq üçün rəqibinə ən azı 3 cavabsız qol vurmalıdır. Əks təqdirdə PSJ 1/4 finalda mübarizəni dayandıracaq.
Digər oyunda "Bavariya" evdə "Portu"nu sınağa çəkəcək. Səfərdə gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzan Münhen təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
21 aprel
Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
23:45. "Barselona" (İspaniya) – PSJ (Fransa) – 2:0
(İlk oyun – 3:1)
23:45. "Bavariya" (Almaniya) – "Portu" (Portuqaliya) – 6:1
(İlk oyun – 1:3)
