“Bavariya” onunla razılığa gəldi
21.05.2025 , 18:30

“Bavariya” Conatan Tanın keçidini yekunlaşdırıb.
Korner.az xəbər verir ki, Bundesliqa nəhəngi “Bayer”lə müqaviləsinin müddəti bitən oyunçu ilə razılığa gəlib.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Münhen təmsilçisi 29 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayacaq.
Təcrübəlu müdafiəçi yeni klubuna azad agent kimi qoşulacaq.
