“Bavariya” onu icarəyə verdi
11.09.2020 , 16:00

“Bavariya” daha bir futbolçusunu icarəyə göndərib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi hücumçusu Oliver Batista Mayeri “Herenven”ə icarəyə verib.
19 yaşlı futbolçu yeni komandasında mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
Klub futbolçunu birdəfəlik almaq hüququna da malikdir.
