“Bavariya” Noyerlə müqavilə yeniləyir
07.01.2025 , 13:28
“Bavariya” qapıçısı Manuel Noyerlə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi qolkiperin müqaviləsini uzadacaq.
Bu barədə xarici KİV məlumat yayıb.
Tərəflər arasında 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmənin imzalanacağı gözlənilir.
38 yaşlı Noyer 2011-ci ilin yayından “Bavariya”nın qapısını qoruyur.