“Bavariya” Noyerin gələcəyi ilə bağlı qərarını verdi
13.11.2025 , 16:23
“Bavariya”nın qapıçısı və kapitanı Manuel Noyerin gələcək taleyi ilə bağlı yeni məlumat yayılıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 39 yaşlı qolkiperi komandada saxlamaq niyyətindədir.
Zədəsini arxada qoyan Noyerin fiziki durumu klub rəhbərliyini qane edib və “Bavariya” onunla müqaviləni uzatmaq istəyir. Hazırkı sözləşmə bu mövsümün sonuna qədər qüvvədədir.
Buna baxmayaraq, təcrübəli qapıçı hələ yekun qərarını verməyib. Bildirilir ki, Noyer karyerasını başa vurmaq variantını da nəzərdən keçirir.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.