“Bavariya” Musialanın dönüşünü gözləyir
16.12.2025 , 23:30
“Bavariya”nın ulduz futbolçusu Camal Musialanın zədəsi sağalmaq üzrədir.
Korner.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi əsas komandaya qısa müddət üçün qoşulub. Klubun mətbuat xidməti bunu təsdiqləyib.
22 yaşlı Musiala yeni mövsümdə hələ oynamayıb. Yayda Klublararası Dünya Çempionatında baldır sümüyünün sınması və topuğunun çıxması səbəbindən o, uzun müddət meydanlardan kənarda qalıb.
Bugünkü məşqdə Musiala komanda ilə isinmə hərəkətlərini edib, bir neçə tapşırığı yerinə yetirib və sonra fərdi bərpa proqramına qayıdıb.