“Bavariya” Münhendə “İnter”ə məğlub oldu
09.04.2025 , 09:00

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, bu mərhələdə “Bavariya” Münhebdə “İnter”i qəbul edib.
Qarşılaşma İtaliya klubunun qələbəsi ilə bitib – 2:1.
“Bavariya” (Almaniya) – “İnter” (İtaliya) – 1:2
Qollar: Müller 85 – Lautaro Martines 38, Frattezi 88
