“Bavariya” Müllerlə razılığa gəldi
02.04.2020 , 16:48

“Bavariya” hücumçusu Tomas Müllerlə yeni müqavilə barədə razılığa gəlib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi müqavilə müddətinin uzadılması təklifi ilə razılaşıb. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Yeni müqavilənin müddəti 2023-cü ilin yayına kimi olacaq.
Xatırladaq ki, Müller 2008-ci ildən “Bavariya”dan çıxış edir.
