“Mançester Siti” və “İnter” yarımfinalda
20.04.2023 , 00:59

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşması Almaniyada keçirilib. Burada “Bavariya” “Mançester Siti”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. İlk oyunun nəticəsinə görə “Mançester Siti” mərhələ adalayan tərəf olub.
Gecənin digər matçında “İnter” öz meydanında “Benfika”nı qəbul edib. Oyun 3:3 hesablı bərabərliklə bitib. “İnter” isə ilk oyunun nəticəsinə görə adını yarımfinala yazdırıb.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
19 aprel
23:00. “Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:1
İlk oyun – 0:3
23:00. “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) – 3:3
İlk oyun – 2:0
