“Bavariya” – “Mançester Siti” oyununu kim idarə edəcək?
18.04.2023 , 13:08

“Bavariya” ilə “Mançester Siti” arasında oynanılacaq Çempionlar Liqasının cavab 1/4 final matçının hakimləri bəlli olub.
Korner.az xəbər verir ki, oyunu fransalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Kleman Türpendi. Onun köməkçiləri Nikolya Dano və Benjamen Pajes olacaq. Dördüncü hakim isə Jeremi Pinyar olacaq.
