“Bavariya” məşqləri bərpa edir
05.04.2020 , 14:54

“Bavariya” məşqləri bərpa edəcək.
Korner.az xəbər verir ki, bu barədə “Kicker” məlumat yayıb.
Məşqlər məhdudlaşdırıcı rejimdə olacaq. Futbolçular qruplar şəklində məşq edəcək.
Daha öncə yayılan xəbərə görə, koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya bundesliqası mayın əvvəlində bərpa ediləcək.
