“Bavariya” “Liverpul”un futbolçusu ilə maraqlanır
18.06.2025 , 13:00

“Bavariya” bu dəfə transfer gündəminə “Liverpul”un oyunçusu Kodi Qakponu gətirib.
Korner.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, Münhen təmsilçisinin 26 yaşlı futbolçu üçün təklif göndərməyə hazırlaşdığı bildirilib.
Qakpo son mövsümdə London təmsilçisinin heyətində 49 oyuna çıxıb, 18 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
