“Bavariya” La Liqadan futbolçu alır
06.12.2023 , 12:06

İspaniyanın “Qranada” klubunun futbolçusu Brayan Saraqosa karyerasını Almaniyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, “Bavariya” vingerin xidmətlərində maraqlıdı. Münhen klubu 22 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avro ödəməyə hazırdır.
Futbolçu ilə 4 illik müqavilə imzalanacağı da gəzən xəbərlər arasındadı.
