“Bavariya” “İnter”ə, “Real” “Arsenal”a məğlub oldu
09.04.2025 , 00:56

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
“Bavariya” Münhendə “İnter”lə qarşılaşıb. Görüş almanların məğlubiyyəti ilə bitib – 1:2.
“Arsenal” isə Londonda “Real”la üz-üzə gəlib. Bu matçda “topçular” sevinən tərəf olub – 3:0.
Qeyd edək ki, 1/4 finalın cavab oyunları 15 və 16 aprel tarixlərində keçiriləcək.
8 aprel
23:00. “Bavariya” (Almaniya) – “İnter” (İtaliya) – 1:2
Qollar: Müller, 85 – Martinez. 38, Frattesi, 88
23:00. “Arsenal” (İngiltərə) – “Real” (İspaniya) – 3:0
Qollar: Rays, 58, 70, Merino, 75
