“Barselona” “Bavariya”ya qarşı Çempionlar Liqasının yarımfinalında keçiriləcək ilk matça itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, Kataloniya klubunun müdafiəçisi Jeremi Matyö sözügedən qarşılaşmada iştirak etməyəcək.
Zədəli olan fransalı oyunçu “Bavariya”ya qarşı matç üçün heyətə daxil edilməyib.
