Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya” Duqlas Kosta və Renato Sançesi satmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, bu haqda “Kicker” xəbər yayıb.
Mövsümün əvvəlində “Benfika”dan 35 milyon avro qarşılığında transfer olan Sançes liqada yalnızca 6 oyunda start heyətində meydana çıxıb.
2015-ci ildə “Şaxtyor”dan 30 milyon avro qarşılığında transfer olunan Kosta isə bu mövsüm sadəcə 14 oyunda start heyətində meydana çıxıb.
