“Bavariya” hücum xəttini onunla gücləndirir
04.04.2025 , 16:15

“Bavariya” yeni mövsüm üçün hücumçu axtarışlarına başlayıb.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi bu mövqeni “Marsel”də çıxış edən Luis Enrike ilə gücləndirmək istəyir.
Bundesliqa nəhəngi braziliyalı vinger üçün onun meneceri ilə danışıqlara başlayıb.
Almaniya klubu yayda 23 yaşlı futbolçunun transferini bitirmək üçün əlindən gələni edəcək.
