“Bavariya” Harri Keynlə müqaviləni uzatmaq istəyir
27.01.2026 , 11:30
“Bavariya” Harri Keynlə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi hüçumçunun müqaviləsini 2028-2029-cu ilədək uzatmaq üçün rəsmi danışıqlara start verib.
Bu barədə klubun idman direktoru Maks Eberl açıqlama verib.
Eberl bildirib ki, klub və futbolçu arasında danışıqlar davam edir və hazırkı mərhələdə hər iki tərəf razılığa açıqdır. Məlumata görə, Keyn Münheni, “Bavariya”nı və azarkeşləri sevir və digər klublara keçid planlaşdırmır.
Hazırda onun mövcud müqaviləsi 30 iyun 2027-ci ilədək etibarlıdır və yeni müqavilə onun klubdakı gələcəyini daha da möhkəmləndirəcək.