“Bavariya” gəlirini artırdı
03.11.2025 , 11:42
Münhenin “Bavariya” klubu 2024/25 mövsümünün maliyyə hesabatını açıqlayıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, alman nəhənginin illik konsolidə olunmuş gəliri 978,3 milyon avro olub. Bu göstərici əvvəlki illə müqayisədə 2,8 faiz çoxdur və klub tarixində yeni rekord sayılır.
Maliyyə nəticələrinə əsasən, “Bayern”in əməliyyat mənfəəti 187,8 milyon avroya yüksəlib ki, bu da 11,3 faiz artım deməkdir. Klubun vergidən əvvəlki mənfəəti 42,5 milyon, xalis mənfəəti isə 27,1 milyon avro səviyyəsində qeydə alınıb.