“Bavariya” daha bir futbolçu ilə yolları ayırır
14.05.2019 , 17:10

Almaniyanın “Bavariya” klubunun cinah müdafiəçisi Rafinya mövsümün sonu klubdan ayrılacaq.
Mətbuat konfransı keçirən braziliya futbolçu bu haqda özü mətbuata məlumat verib. 33 yaşlı futbolçu 2011-ci ildən Münxen təmsilçisinin heyətində forma geyinib. Sambaçı 8 il ərzində 179 oyun çıxıb və 5 qol vurub.
Qeyd edək ki, Rafinya Braziliya millisinin forması ilə sadəcə 4 dəfə meydana çıxıb.
