“Bavariya” çempionluğu rəsmiləşdirdi
17.06.2020 , 16:27
Almaniya Bundesliqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, 32-ci turda “Verder”in qonağı olan “Bavariya” 1:0 hesabı ilə qalib gələrək çempionluğu rəsmiləşdirib.
“Bavariya” ardıcıl 8-ci, ümumilikdə 30-cu dəfə ölkə çempionu olub.
“Verder” – “Bavariya” – 0:1
Qol: Robert Levandovski, 43