“Bavariya” Çempionlar Liqasının qalibi oldu! – VİDEO
24.08.2020 , 10:54

Çempionlar Liqasının 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Lissabondakı “Da Luş” stadionunda Fransanın PSJ və Almaniya “Bayern” klubları üz-üzə gəlib. Münhenlilər 1:0 hesablı qələbə qazanaraq, turnirin qalibi olub.
Almaniya klubu 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.
23:00 PSJ (Fransa) – “Bayern” (Almaniya) – 0:1
Qol: Kinqsli Koman, 59
Baş hakim: Daniele Orsato (İtaliya)
Lissabon. “Estadio da Luş”.
