“Bavariya” çempion!
24.04.2022 , 10:20

Almaniya Bundesliqasında 2021/2022-ci il mövsümünün qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, “Bavariya” “Borussiya”nı qəbul edib. 3:1 hesablı qələbə qazanan münhenlilər xallarını 75-ə yüksəldib və sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bu, “Bavariya”nın ardıcıl 10-cu, ümumilikdə isə 32-ci Almaniya çempionluğudur.
“Bavariya” – “Borussiya” (Dortmund) – 3:1
Qollar: Qnabri, 15 (1:0), Levandovski, 34 (2:0), Can, 52-pen (2:1), Musiala 83 (3:1)
