“Bavariya” bu futbolçunu göndərir
14.04.2025 , 19:16

“Bavariya” futbolçusu Joao Palinyanı yayda satışa çıxaracaq.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi portuqaliyalı oyunçunun çıxışından razı deyil.
Xarici KİV yazır ki, 29 yaşlı yarımmüdafiəçinin xidmətində bir neçə klub maraqlıdır.
Bu mövsüm Almaniya nəhənginin heyətində 21 oyuna çıxan Palinyanın klubu ilə müqaviləsinim müddəti 2028-ci ilə qədərdir.
