“Bavariya” bu futbolçu ilə razılığa gəldi
09.07.2024 , 13:15

“Bavariya” yeni transferi üçün gün sayır.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi “Fulhem”dən Joao Palinyanı heyətinə qatacaq,
Xarici mətbautda yayılan xəbərə görə, tərəflər arasında razılığın əldə olunduğu bildirilir.
Futbolçu Almaniya nəhəngi ilə 4 illik müqavilə imzalayacaq.
O, artıq tibbi müayinədən də uğurla keçib. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Mina Musayeva
