“Bavariya” Boatenqi cərimələdi
03.04.2020 , 16:48

“Bavariya” karantin qaydalarını pozan Jerom Boatenqi cərimələyib.
Korner.az xəbər verir ki, alman futbolçunun ödədiyi pul koronavirusla mübarizə üçün şəhər xəstəxanalarına veriləcək.
Müdafiəçi karantin qaydalarını pozaraq avtomobili ilə Münhendən Leypsiqə gedib. O, qayıdarkən avtomobil qəzasına düşüb.
