Çempionlar Liqasını, Almaniya Bundesliqasının və ölkə kubokunun qalibi adını bu mövsüm qazanan "Bavariya" bir oyunçusunu yola salır.
Korner.az-ın məlumatına görə, bu, Anatoli Timaşukdu.
34 yaşlı ukraynalı futbolçu 2007-2009-cu illərdə formasını geyindiyi və kapitanı olduğu "Zenit"ə yenidən geri dönür. Alman və rus mətbuatına inansaq Timaşuq "Zenit"lə 2 illik müqavilə imzalayacaq və bu onun peşəkar futbolçu kimi son klubu da ola bilər. Çünki 34 yaşı olan Timaşuq 36 yaşında karyerasını bitirmək qərarına gəlib.