Çempionlar Liqasının 1/8 finalında keçiriləcək “Bavariya” – “Beşiktaş” oyunu üçün hakim təyinatları açıqlanıb
Mmatçı Rumıniya Futbol Federasiyasından Ovidiu Hateqan idarə edəcək. Ona Oktavian Şovre və Sebastian George köməklik edəcək. Dördüncü hakimlər İstvan Kovaks və Sebastian Koltesku olacaq.
Qeyd edək ki, “Bavariya” – “Beşiktaş” görüşü sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq.
Xatırladaq ki, sabah keçiriləcək “Çelsi” – “Barselona” oyununu türk hakim Cüneyt Çakır idarə edəcək.
