“Bavariya” Benjamin Pavarı transfer edib
09.01.2019 , 14:48

“Bayern” “Ştutqart”ın müdafiəçisi Benjamin Pavarı transfer edib.
Fransa millisinin üzvünün keçidi Münhen klubuna 35 milyon avroya başa gəlib. 22 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Pavar yeni klubuna yayda qoşulacaq.
Qeyd edək ki, Pavar bu mövsüm 22 oyun keçirib.
