Almaniyanın "Bavariya" klubu Yunaıstan "Olimpiakos"unun futbolçusu Kevin Mirallaşı transfer etmək istəyir. Korner.az-ın məlumatına görə, bu haqda futbolçu özü deyib.
Belçiklalı oyunçu Yunanıstanda xoşbəxt olduğunu bildirərək bunları deyib:
"Hal-hazırda xoşbəxtəm. Rəsmi bir təklif yoxdur. Ancaq "Bavariya" daxil bir neçə klub məni transfer etmək istəyir".
Qeyd edək ki, Mirallaşın transfer dəyəri 15 miyon avro təşkil edir.
