“Bavariya” baş məşqçisi ilə müqavilə yenilədi
01.05.2020 , 17:46

“Bavariya” baş məşqçisi Hansi Fliklə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
55 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilə qədər uzadılıb. Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.
