Çempionlar liqası

“Barselona” qrupda qaldı

09.12.2021 , 02:28

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Korner.az xəbər verir ki, VI turun ikinci oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 matç keçirilib.

Gecənin maraqla gözlənilən matçı E qrupunda baş tutub. “Bavariya” ikinci yer uğrunda mübarizə aparan “Barselona”nı qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Atalanta” – “Vilyarreal” görüşü Berqamoda güclü qar yağması səbəbindən təxirə salınıb. Matçın sabah keçirilməsi nəzərdə tutulub.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, VI
8 dekabr

E qrupu

“Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 2:0
Qol: Yaremçuk, 16. Jilberto, 22.

“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) 3:0
Qol: Müller, 34. Sane, 43. Musiala, 62.

Xal durumu: Bavariya – 18, Benfika – 8, Barselona – 7, Dinamo – 1.

F qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) 1:1
Qol: Qrinvud, 9 – Rider, 42.

“Atalanta” (İtaliya) – “Vilyarreal” (İspaniya) matçı təxirə salınıb

Xal durumu: Mançester Yunayted – 11, Vilyarreal – 7, Atalanta – 6, Yanq Boyz – 5.

G qrupu

“Zalsburq” (Avstriya) – “Sevilya” (İspaniya) 1:0
Qol: Okafor, 50.

“Volfsburq” (Almaniya) – “Lill” (Fransa) 1:3
Qol: Şteffen, 89 – B.Yılmaz, 11. David, 72. Qomes, 78.

Xal durumu: Lill – 11, Zalsburq – 10, Sevilya – 6, Volfsburq – 5.

H qrupu

“Yuventus” (İtaliya) – “Malmö” (İsveç) 1:0
Qol: M.Kin, 18.

“Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) 3:3
Qol: Klaudinyo, 38. Azmun, 41. Yeroxin, 90+4 – Verner, 2; 85. Lukaku, 62.

Xal durumu: Yuventus – 15, Çelsi – 13, Zenit – 4, Malmö -1.

Son yazılar

Yuxarı