Almaniya “Bundesliqa”sında mübarizə aparan “Bavariya” klubu tərübəli futbolçusu Aryen Robbenlə yeni müqavilə imzalamağa yaxındır.
Korner.az-ın məlumatına görə, holland futbolçu da yeni müqavilə imzalamağa razıdır.
Təcrübəli futbolçu bu mövsüm 14 oyunda iştirak edib və 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
