“Bavariya” Alkantara ilə razılığa gəldi
06.04.2020 , 18:50

“Bavariya” yarımmüdafiəçisi Tyaqo Alkantara ilə yeni müqavilə imzalayacaq.
Korner.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Klubun 28 yaşlı futbolçuya yeni müqavilə təklif etdiyi bildirilib. Tərəflər arasında danışıqların aparıldığı deyilir.
Xatırladaq ki, futbolçu 2013-cü ildən “Bavariya”nın şərəfini qoruyur.
