“Bavariya” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Avstriya millisinin futbolçusu David Alaba Bosniya və Hersoqovina ilə yoldaşlıq matçında zədələnib. Tibbi müayinədən keçən 22 yaşlı müdafiəçinin durumunun ciddi olduğu müəyyənləşib. Onun səkkiz həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Avstriya – Bosniya və Hersoqovina oyunu 1:1 hesabı ilə başa çatıb.
