“Bavariya” 46 milyon avroluq transferə hazırlaşır
03.07.2024 , 17:55

“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Almaniyada davam etdirəcək.
“Bavariya” Palinyanın transferini yekunlaşdırmaq üzrədir.
Münhen klubu futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalamağa hazırlaşır.
Almaniya nəhəngi oyunçu üçün 46 milyon avro ödəyəcək.
Mina Musayeva
