“Bavariya” 36 yaşlı futbolçuya yeni müqavilə təklif edir
09.01.2025 , 11:32
“Bavariya” futbolçusu Tomas Müllerə yeni müqavilə təklif edəcək.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçunun Münhen klubu ilə mövcud sözləşməsi bu ilin yayında başa çatır.
“Bavariya” rəhbərliyi 35 yaşlı futbolçunun başa çatan sözləşməsini 2026-cı ilin yayına qədər uzadacaq.
Qeyd edək ki, Müller klub tarixində ən çox matça çıxan oyunçudur.