“Bavariya” 19 yaşlı futbolçu transfer etdi
21.01.2025 , 17:30

“Bavariya” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi “Hoffenhaym”dan 19 yaşlı Tom Bişovu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı yarımmüdafiəçi ilə 2029-cu iilin iyununa qədər olan müqavilə imzalanıb.
