BATE-nin oyunu təxirə salındı
07.08.2018 , 12:54

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi BATE-nin Belarus kubokundakı matçı təxirə salınıb.
Bu barədə Borisov klubunun 1/8 finalda qarşılaşacağı “Qorodeya”nın “Twitter” səhifəsi məlumat yayıb. Avqustun 11 və ya 12-də oynanılmalı olan görüşün vaxtının başqa tarixə keçiriləcəyi bildirilib.
Dəyişikliyin BATE-nin “Qarabağ”la ev oyunu ilə əlaqədar olduğu ehtimal edilir.
Qeyd edək ki, “Qarabağ” bu gün BATE-ni qəbul edəcək. Cavab qarşılaşması isə avqustun 14-ü Belarusda oynanılacaq. Hər iki matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.
