BATE klubunun baş məşqçisi Oleq Dulub istefaya göndərilib.
Buna komandanın Superkubokda Brest “Dinamo”suna məğlubiyyəti (2:3) və son oyunlarda uğursuz çıxışı səbəb olub. Klubdan verilən məlumatda yeni çalışdırıcının adının qarşıdakı günlərdə açıqlanacağı bildirilib.
Qeyd edək ki, Dulub bu ilin yanvarından BATE-ni çalışdırırdı
