Noyabrın 1-də kişi basketbolçular arasında XXII Azərbaycan çempionatına start veriləcək.
Korner.az-ın məlumatına görə, ötən mövsüm maraqsız keçən yarışın bu dəfə əvvəlki gücünü qaytaracağını proqnozlaşdırmaq olar.
Belə ki, dairəvi sistemlə təşkil olunacaq çempionat artıq 6 deyil, 8 komandanın iştirakı ilə keçiriləcək. Bu klublar arasında “Bakı”, “Dərviş” və “Baku Oilers” debütantdı.
Həmçinin, “Araz-Naxçıvan”la NTD yenidən yarışa qatılmağa qərar verib. Ötən ilki yarışdan isə çempion “Qala” ilə yanaşı, AZTOP və BDU-da çempionatda iştiraklarını təsdiqləyiblər.
2013/2014 mövsümünün gümüş medalçısı “NTL-Maxxis”, üçüncüsü “Gəncə” və sonuncusu ADBTİA yarışdan kənar qalıblar.
Qeyd edək ki, çempionatın oyunları “The Club Port Baku”nun idman zalında olacaq.