“Başakşehir”in futbolçusu “Sumqayıt”da
27.07.2022 , 17:22

“Sumqayıt” heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, klub Türkiyə Superliqası təmsilçisi “Başakşehir”dən Alya Tureni 1 illik icarəyə götürüb. 20 yaşlı cinah yarımmüdafiəçisi “Sumqayıt”ın heyətində 37 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Alya Ture karyerası boyunca Qvineyanın “Sekvens”, Türkiyənin “Başakşehir”, “Akhisarspor” və Danimarkanın “Yammerbuxt” klublarında oynayıb. Ture həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.
